Putindən QARABAĞ ÇAĞIRIŞI: kömək lazımdır

 17:30 27.01.2021     38

Beynəlxalq ictimaiyyət Qarabağa humanitar yardım göstərməlidir.

Publika.az xəbər verir ki, bunu Rusiya Prezidenti Vladimir Putin Davos Dünya İqtisadi Forumundakı çıxışı zamanı deyib.

Rusiya Prezidentinin sözlərinə görə, Dağlıq Qarabağın humanitar yardıma, infrastrukturun bərpasına, tarix və mədəniyyət abidələrinin qorunmasına ehtiyacı var. O, dünya birliyini Dağlıq Qarabağdakı humanitar problemlərin bərpasına və həllinə kömək etməyə çağırıb.

Putin ötən ilin noyabr ayında Rusiya, Ermənistan və Azərbaycan arasında əldə edilən üçtərəfli bəyanatı xatırladaraq qan tökülməsinin qarşısının alındığını bildirib: “Bu, ən başlıcası, tam atəşkəsə nail olmaq və sabitləşmə prosesinə başlamağa imkan verdi. İndi beynəlxalq birlik və şübhəsiz ki, böhranın həllində iştirak edən ölkələrin qarşısında duran vəzifələr var. Ziyana məruz qalan bölgələrə geri dönən qaçqınlarla əlaqəli humanitar problemlərin həllində, məhv edilmiş infrastrukturun bərpası, tarix, din və mədəniyyət abidələrinin qorunması və bərpası ilə bağlı kömək etmək lazımdır”.

Onun sözlərinə görə, Rusiya Dağlıq Qarabağ bölgəsindəki silahlı qarşıdurmanı dayandırmaq üçün aktiv vasitəçilik səyləri həyata keçirib: “Biz ATƏT-in Minsk qrupunda, xüsusən həmsədrlər - Rusiya, ABŞ və Fransa arasında əldə edilmiş razılaşmaları izləməyə çalışdıq. Bu da yaxşı əməkdaşlıq nümunəsi oldu”.

Zümrüd


Bu xəbər Redaktor.az saytına məxsus deyil.
Xəbər mətninə görə ilk mənbə məsuliyyət daşıyır.
Xəbərin mənbəyi: https://publika.az/news/qarabag/344392.html