Navalnının tərəfdarları bu dəfə FTX qarşısında toplanacaq

 17:41 27.01.2021     50

Rusiyalı müxalif siyasətçi Aleksey Navalnının tərəfdarları Rusiyanın 53 şəhərində etiraz aksiyası keçirəcəklər.

Axar.az xəbər verir ki, bu barədə məlumat "Navalnının komandası" Teleqram kanalında yerləşdirilib. Moskvada siyasətçinin tərəfdarlarının Lyublyanski meydanında, Federal Təhlükəsizlik Xidmətinin mənzil qərargahının qarşısında toplanacağı bildirilib.

Qeyd edək ki, 23 yanvarda Navalnının tərəfdarları 60 şəhərdə etiraz aksiyası təşkil etmişdilər.


Bu xəbər Redaktor.az saytına məxsus deyil.
Xəbər mətninə görə ilk mənbə məsuliyyət daşıyır.
Xəbərin mənbəyi: https://axar.az/news/planet/533849.html