"Like" yiğmaq üçün canlı yayımda 15 yaşlı qızı öldürdü

 17:47 27.01.2021     42

Amerikanın Louisianadaki Valmart ticarət mərkəzində ölüm hadisəsi baş verib.

Milli.Az xarici mətbuata istinadən bildirir ki, yetkinlik yaşına çatmayan dörd qız canlı yayım zamanı qətl törədiblər.

Yeniyetmələr hadisəni Facebook və Instagram səhfələrində canlı yayımlayıblar. Polis 12, 13 və 14 yaşlı dörd yeniyetməni həbs edib. İstintaqa görə onlardan biri 15 yaşlı qızı bıçaqlayıb. Videoların birində qızlardan birinin yeniyetmənin ürəyindən bıçaqlaması ilə öyünməsi əks olunub.

Zərərçəkən aldığı xəsarətlərdən yerli xəstəxanada ölüb.

Mahir
Milli.Az


Bu xəbər Redaktor.az saytına məxsus deyil.
Xəbər mətninə görə ilk mənbə məsuliyyət daşıyır.
Xəbərin mənbəyi: https://news.milli.az/world/917235.html