Flik "Bavariya"dan ayrılır

 17:59 27.01.2021     45

"Bavariya"nın baş məşqçisi Hans Flik mövsümün sonunda vəzifəsindən ayrılacaq.

Milli.Az qol.az-a istinadən xəbər verir ki, bu barədə "Bild" nəşri məlumat yayıb. 55 yaşlı mütəxəssisin İdarə Heyətinin sədri Karl-Haynts Rummeniggenin klubdan getməsi səbəbindən komandanı tərk edəcəyi bildirilib.

Baş məşqçinin Hasan Salihamiciçlə qarşıdurmada olduğu da qeyd olunub. Flikin Almaniya yığmasında Yoahim Lövün əvəzləyəcəyi gözlənilir.

Qeyd edək ki, Hans Flik 2019-cu ildən "Bavariya"nı çalışdırır. Onun klubla sözləşməsi 2023-cü ilin yayına qədərdir.

Milli.Az

 
Bu xəbər Redaktor.az saytına məxsus deyil.
Xəbər mətninə görə ilk mənbə məsuliyyət daşıyır.
Xəbərin mənbəyi: https://news.milli.az/sport/917234.html