“Mançester Yunayted” iki ulduz futbolçu ilə vidalaşır

 18:17 27.01.2021     37

“Mançester Yunayted”in yarımmüdafiəçisi Cessi Linqard “Vest Hem”ə keçə bilər.

Publika.az xəbər verir ki, bu barədə Championat.com məlumat yayıb.

“Vest Hem” 28 yaşlı futbolçunu icarəyə götürmək istəyir. Cari mövsümdə C.Linqard Mançester klubunun heyətində cəmi üç oyunda meydana çıxıb.

Klubun digər bir futbolçusu Markos Roxonun da yaxın vaxtlarda “Boka Xuniors”a keçəcəyi gözlənilir.

Karyerası ərzində “Estudiantes” və “Sportinq”in də heyətində çıxış etmiş futbolçu bu mövsüm “Mançester Yunayted”in heyətində bir oyuna belə çıxmayıb.


Bu xəbər Redaktor.az saytına məxsus deyil.
Xəbər mətninə görə ilk mənbə məsuliyyət daşıyır.
Xəbərin mənbəyi: https://publika.az/news/idman/344396.html