"TAP gələcəkdə hidrogen nəql edə biləcək" - İcraçı direktor

 12:02 28.01.2021     44

Trans-Adriatik boru kəməri (TAP) gələcəkdə təbii qaz deyil, həm də hidrogen nəql edə biləcək.

Milli.Az Trend-ə istinadən bildirir ki, bunu TAP-ın icraçı direktoru Luka Skyeppati deyib.

O bildirib ki, bu gün enerji tədarükünün təhlükəsizliyi və mənbələrin şaxələndirilməsi vacib aspektlərdir və bu kontekstdə TAP hələ də kömürdən asılı olan regionun əlaqəliliyini möhkəmləndirir.

L.Skyeppati əlavə edib ki, təbii qaz bərpa olunan enerji mənbələri üçün ən yaxşı "tərəfdaş" olaraq qalmaqdadır.

Milli.Az


Bu xəbər Redaktor.az saytına məxsus deyil.
Xəbər mətninə görə ilk mənbə məsuliyyət daşıyır.
Xəbərin mənbəyi: https://news.milli.az/economy/917404.html