ABŞ-dan İrana təklif: Sazişə qayıt, biz də qayıdaq!

 12:06 28.01.2021     45

ABŞ rəsmi Tehranın nüvə proqramı ilə bağlı Birgə Hərtərəfli Fəaliyyət Planı çərçivəsində öhdəliklərinin yerinə yetirilməsinə qayıdışını gözləyir.

Axar.az xəbər verir ki, bunu ABŞ Dövlət katibi Entoni Blinken deyib.

“Əgər İran sözügedən proqrama qayıtsa, ABŞ da bunu edəcək. Sonra isə biz bundan İranla münasibətlərdə ciddi problem yaradan bir sıra məsələlərlə məşğul olmaq üçün əsas kimi istifadə edəcəyik”, - Blinken qeyd edib.


Bu xəbər Redaktor.az saytına məxsus deyil.
Xəbər mətninə görə ilk mənbə məsuliyyət daşıyır.
Xəbərin mənbəyi: https://axar.az/news/planet/533987.html