Roma aeroportuna "ovçarkalar" buraxılıb

 12:18 28.01.2021     47

Romanın Fyumiçino hava limanına "koronavirusa qarşı" alman qoyun itləri (ovçarka) buraxılıb.

Milli.Az APA-ya istinadən bildirir ki, 8 həftəlik təlim zamanı itlərə kütlənin içində bu virusun xarakterik əlamətləri olan insanları müəyyənləşdirmək öyrədilib. Hazırda sözügedən "xidmət" test rejimində işləyir.

Qeyd edək ki, 27 yanvar tarixinə İtaliyada koronavirusdan ölənlərin sayı 86 889 nəfərə çatıb. Hazırda İtaliyada koronavirus xəstələrinin sayı 477 979 nəfərdir.

Milli.Az


Bu xəbər Redaktor.az saytına məxsus deyil.
Xəbər mətninə görə ilk mənbə məsuliyyət daşıyır.
Xəbərin mənbəyi: https://news.milli.az/world/917367.html