DİN-dən sosial şəbəkələrdə oğurluqla bağlı yayılan məlumatlara REAKSİYA

 12:25 28.01.2021     51

Daxili İşlər Nazirliyi (DİN) sosial şəbəkələrdə oğurluq metal əşyalarının metal qəbulu məntəqələrinə satılması ilə bağlı yayılan məlumatlara aydınlıq gətirib.

Milli.Az bildirir ki, DİN-in mətbuat xidmətinin kütləvi informasiya vasitələri və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis mayoru Elşad Hacıyev Trend-in sorğusuna cavab olaraq bildirib ki, daxil olan müraciətlərə polis dərhal və çevik reaksiya verir.

Onun sözlərinə görə, oğurlanan metal əşyalarla bağlı qəbul məntəqələrinə mütəmadi baxış keçirilir:

"Əgər metal qəbulu məntəqələrində hər hansı oğurlanmış əşya aşkarlanarsa, maddi sübut kimi götürülür. Fakt üzrə aparılan araşdırmalar çərçivəsində metal qəbulu məntəqələrinin fəaliyyəti ilə məşğul olan şəxsin təqsiri sübuta yetirilərsə, məsuliyyətə cəlb edilir.

Tövsiyə edirik ki, bu sahədə fəaliyyət göstərən şəxslər şübhə doğuran metal əşyaları qəbul etməsinlər. Bu barədə vətəndaşlıq nümunəsi göstərərək polisi məlumatlandırsınlar".

Milli.Az


Bu xəbər Redaktor.az saytına məxsus deyil.
Xəbər mətninə görə ilk mənbə məsuliyyət daşıyır.
Xəbərin mənbəyi: https://news.milli.az/crime/917426.html