Dövlətə xəyanətdə təqsirləndirilən iki nəfərin məhkəməsi başlayır

 12:40 28.01.2021     39

Dövlətə xəyanətdə təqsirləndirilən 2 nəfərin barəsində olan cinayət işinin istintaqı yekunlaşıb.

Milli.Az Trend-ə istinadən bildirir ki, Cinayət Məcəlləsinin 274-cü maddəsi ilə təqsirləndirilən Caməmməd Əbubəkirov və Heydər Məmmədovun barəsində toplanan cinayət işi materialları baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

Cinayət işi üzrə məhkəmə prosesinə hakim Eldar İsmayılovun sədrlik edəcək.

Hər iki şəxs Dövlət Təhlükəsizliyi Xidmətinin əməkdaşlarının keçirdiyi əməliyyat nəticəsində xarici xüsusi xidmət orqanları ilə əməkdaşlıqda təqsirləndirilərək həbs edilib.

Milli.Az


Bu xəbər Redaktor.az saytına məxsus deyil.
Xəbər mətninə görə ilk mənbə məsuliyyət daşıyır.
Xəbərin mənbəyi: https://news.milli.az/crime/917385.html