Azərbaycanda dollara tələbat daha da azaldı

 12:39 28.01.2021     37

Bu gün Azərbaycan Mərkəzi Bankında (AMB) Dövlət Neft Fondunun iştirakı ilə növbəti valyuta hərracı keçirilib.

Publika.az AMB-yə istinadən verdiyi xəbərə görə, hərracda tələb 61,8 mln. ABŞ dolları təşkil edib və tam təmin edilib. Beləliklə, sonuncu valyuta hərracında tələb əvvəlki hərracla (26 yanvar 2021-ci il tarixində keçirilib – red.) müqayisədə 11,5% və ya 8 mln. dollar azalıb.

Hərracda manatın ortaçəkili məzənnəsi 1,7000 səviyyəsində formalaşıb.


Bu xəbər Redaktor.az saytına məxsus deyil.
Xəbər mətninə görə ilk mənbə məsuliyyət daşıyır.
Xəbərin mənbəyi: https://publika.az/news/pul/344491.html