Bu dəfə Özcan Feyzanı məhkəməyə verdi

 12:57 28.01.2021     41

Bir müddət əvvəl Feyza Aktan keçmiş həyat yoldaşı Özcan Denizi ona şiddət göstərdiyi üçün məhkəməyə verib.

Milli.Az axşam.az-a istinadən bildirir ki, keçmiş cütlük arasındakı qalmaqal səngimək bilmir. Belə ki, bu dəfə də Özcan Aktanı məhkəməyə verib. O, keçmiş həyat yoldaşını ona məxsus malikanədə qanunsuz olaraq yaşamaqda ittiham edir.

Müğənni bu qanunsuzluğa görə Feyzaya qarşı təzminat davası açaraq ondan 5 min lirə (1146 manat) təzminat tələb edib. Eyni zamanda Özcan indiyə qədər ödədiyi kommunal xərclərin də geri qaytarılmasını istəyir.

Milli.Az

 
Bu xəbər Redaktor.az saytına məxsus deyil.
Xəbər mətninə görə ilk mənbə məsuliyyət daşıyır.
Xəbərin mənbəyi: https://news.milli.az/interest/917377.html