DİN məlumat yaydı - Bu ərazilərə nəzarət gücləndirilib

 13:00 28.01.2021     38

Məlum olduğu kimi yanvarın 25-dən etibarən artıq müəyyən istisnalar olmaqla bəzi ticarət obyektlərinin və digər xidmət sahələrinin fəaliyyətinə icazə verilib. Buna baxmayaraq “Covid-19” virusu ilə mübarizədə dövlətimizin əldə edilən uğurların və xəstəliyə yoluxma sayında müşahidə edilən müsbət dinamikanın qorunub saxlanılması məqsədi ilə polis əməkdaşları və Daxili Qoşunların hərbi qulluqçuları tərəfindən mütəmadi olaraq nəzarət proflaktik tədbirlər davam etdirilir.

Publika.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin yaydığı məlumatda bildirilib. Qeyd edilib ki, reydlər zamanı mövcud sanitar-epidemioloji vəziyyətin nəzarətdə saxlanılması məqsədi ilə marketlərdə, apteklərdə və qapalı ticarət obyektlərində nəzarət gücləndirilib. Polis əməkdaşları paytaxtın hər bir nöqtəsində yerləşən fəaliyyətinə icazə verilən ticarət obyektlərinin sahibkarları və işçiləri ilə maarifləndirilici söhbətlər apararaq onlara sanitar epidemoloji normalara riayət olunması üçün tövsiyyələr edirlər. Tənəffüs yollarını qoruyan fərdi vasitələrdən istifadə etməyən, eləcə də edilən xəbərdarlıqlara məhəl qoymayan şəxslər barəsində isə polis əməkdaşları tərəfindən inzibati tədbirlər həyata keçirilir.

Onu da qeyd edək ki, polislər tərəfindən bu cür profilaktik tədbirlər paytaxtın digər ərazilərində də mütəmadi olaraq davam etdiriləcək.


Bu xəbər Redaktor.az saytına məxsus deyil.
Xəbər mətninə görə ilk mənbə məsuliyyət daşıyır.
Xəbərin mənbəyi: https://publika.az/news/sosial/344484.html