Qarabağda 24 minə yaxın hərbi sursat tapıldı

 13:06 28.01.2021     45

Rusiya Müdafiə Nazirliyinin Beynəlxalq Ərazilərinin Minalardan Təmizlənməsi Mərkəzinin mütəxəssisləri Dağlıq Qarabağ ərazisinin minalardan təmizlənməsi üzrə işləri davam etdirir.

Publika.az xəbər verir ki, son sutka ərzində 36 hektar ərazi, 3 kilometr yol, 15 bina partlayıcı maddələrdən təmizlənib.

Ümumilikdə, 23 min 854 partlayıcı aşkarlanaraq zərərsizləşdirilib.

Bölgədə 23 noyabr 2020-ci ildən bəri 747,3 hektar ərazi partlamamış hərbi sursatlardan təmizlənib.

Aşkarlanmış partlayıcı obyektlər və partlamamış döyüş sursatları xüsusi təchiz edilmiş poliqonda məhv edilir. Evakuasiya edilə bilməyən sursatlar partlayış əməliyyatları üçün lazımi bütün təhlükəsizlik tədbirləri ilə yerində məhv edilir.

Zümrüd


Bu xəbər Redaktor.az saytına məxsus deyil.
Xəbər mətninə görə ilk mənbə məsuliyyət daşıyır.
Xəbərin mənbəyi: https://publika.az/news/qarabag/344487.html