Bu, Stoltenberqin Baydenə mesajıdır – Perenciyev

 13:11 28.01.2021     41

NATO Baş katibi Yens Stoltenberqin Rusiyanın aqressiv fəaliyyətlərinə görə NATO-nun müdafiə xərclərinin artırılması bəyanatı ABŞ-ın yeni Prezidenti Cozef Baydenin nə düşündüyünü başa düşmək və onunla münasibətləri qurmaq cəhdidir.

Axar.az xəbər verir ki, bunu “RİA Novosti”yə açıqlamasında Rusiya Həbi Politoloqlar Assosiasiyasının üzvü Aleksandr Perenciyev deyib. Onun sözlərinə görə, Stoltenberqin bəyanatının Rusiya tərəfindən olan hansısa real təhdidlə əlaqəsi yoxdur:

“Stoltenberq bəyanatı informasiya kəşfiyyatıdır. Yəni Brüssel də hesab edir ki, xərclər artırılmalıdır. Görəsən, Baydenin fikri nədir?”

O, Stoltenberqin belə bəyanatının səbəblərindən birinin Rusiya və ABŞ arasında strateji hücum silahları haqqında razılaşmanın tez bir zamanda imzalanmasıyla bağlı NATO-da yaranan incikliyin ola biləcəyini deyib:

“Ruslarla amerikalılar təhlükəsizlik sistemində bütün məsələləri birbaşa həll edirlər. NATO-da isə deyirlər ki, qərar qəbul edəndə bizim haqqımızda unutmayın, biz də gərək hansısa formada prosesdə iştirak edək”.


Bu xəbər Redaktor.az saytına məxsus deyil.
Xəbər mətninə görə ilk mənbə məsuliyyət daşıyır.
Xəbərin mənbəyi: https://axar.az/news/planet/534026.html