ÖLKƏ ŞOKDA: 3 nəfər öldü, 7 nəfər köməksizdir

 12:52 16.12.2019     113

Ötən gün Filippinin Mindanao adasında baş verən 6,8 bal gücündə zəlzələdən zərər çəkənlərin sayı artıb.

Publika.az xəbər verir ki, dağıntılar altından 3 cəsəd çıxarılıb.

Padada qəsəbəsində 3 mərtəbəli market binasının dağıntıları altında 7 nəfərin qaldığı ehtimal olunur.

Sarsıntılarda zərər çəkən bölgələrdə isə 84 nəfər yaralanıb.

Bölgədə zəlzələdən sonra ilk 4 saat ərzində, ən az 179 avterşok qeydə alınıb.

Polis, əsgər və xilasedici briqadaların işi davam edir.

Xatırladaq ki, Filippinin Mindanao adasında 29 və 31 oktyabr tarixlərində meydana gələn 6,6 və 6,5 ballıq zəlzələdən sonra Davao del Sur, Kotabato və Sultan Qudarat bölgələrində 23 nəfər ölmüş, 417 nəfər yaralanmışdı.

Zümrüd


Bu xəbər Redaktor.az saytına məxsus deyil.
Xəbər mətninə görə ilk mənbə məsuliyyət daşıyır.
Xəbərin mənbəyi: https://publika.az/news/diger/299206.html