Britaniyada işsizlik beşillik maksimuma çatıb

 15:09 23.02.2021     34

2020-ci ilin IV rübündə Böyük Britaniyada işsizlik səviyyəsi 5,1% təşkil edib ki, bu da 2016-cı ilin I rübündən bəri ən yüksək göstəricidir.

Milli.Az APA-ya istinadən bildirir ki, Böyük Britaniya Milli Statistika İdarəsinin məlumatında bildirilir ki, təkcə yanvar ayında işsiz əhalinin sayı 83 min nəfər artıb. İngiltərə Bankının (Bank of England) proqnozlarına görə, 2021-ci ilin ortalarına yaxın ölkədə işsizlik səviyyəsi 8%-dək artacaq.

Qeyd edək ki, ölkədə işsizlik səviyyəsi hökumətin İşlərin Saxlama Sxemi ("Job Retention Scheme") sayəsində stabil səviyyədə saxlanırdı və bu tədbirlər nəticəsində ötən ilin oktyabrın 1-nə 2,4 mln. iş yeri xilas olunmuşdu.

Sözügedən proqram Britaniya hökumətinin COVID-19 dövründə iqtisadi bərpaya yönələn ən bahalı tədbiridir. Aprelin 30-da başa çatacaq proqramın ölkəyə 70 mlrd. funt sterlinqə (98 mlrd. ABŞ dolları) başa gələcəyi gözlənilir.

Milli.Az


Bu xəbər Redaktor.az saytına məxsus deyil.
Xəbər mətninə görə ilk mənbə məsuliyyət daşıyır.
Xəbərin mənbəyi: https://news.milli.az/world/924935.html