Ermənilərin bunu etməkdə bir məqsədləri olub - ŞƏRH

 15:09 23.02.2021     40

“Ermənilər təkcə Qarabağda deyil, eyni zamanda Zəngəzurdan İrəvana qədər olan ərazilərdə tarixi, mədəni və dini abidələrimizi, məzarlıqları məhv ediblər, dağıdıblar. Onlar tarixi abidələrimizə qarşı soyqırımı törədib. Bunun bir məqsədi olub, Azərbaycanın tarixi torpaqlarında Ermənistan dövləti yaratmaq və bizim izimizi bu yerlərdən silmək”.

Bu sözləri Publika.az-a danışan Azərbaycan Tarixçiləri İctimai Birliyinin sədri Mehri Xanbabayeva deyib.

M.Xanbabayeva qeyd edib ki, ermənilər bu çirkin niyyətlərini həyata keçirmək üçün hər yola əl atıblar ki, onlardan da ən dəhşətlisi tarixi saxtalaşdırmaqdır: “Onlar ömür boyu saxtakarlıqla məşğul olublar. Tarixi-mədəni abidələrimizi dağıdıblar, həmin yerlərdə azərbaycanlıların olmadığını isbat etmək üçün hər yalan yola əl atıblar. Onlar bu əməlləri ilə sübut etməyə çalışırlar ki, guya ermənilər uzun illər bu ərazilərdə yaşayıblar”.

Mehri Xanbabayevanın sözlərinə görə, ermənilər mədəniyyətimizə qarşı həyata keçirdikləri eyni soyqırımı siyasətini dini abidlərimizə, məzarlıqlara qarşı da ediblər: “Bu yerlərdə olan bütün məscidlər dağıdılıb. Təkcə İrəvanda çoxlu sayda məscid var ki, bunların hamısı da erməni vandalizminə məruz qalıb. Məscidlərdən əlavə, saraylar, tarixi əhəmiyyətə malik məkanlar və digər abidələr məhv edilib. Bu proses onlar bizim ərazilərə köçürülən gündən başlayıb. Bu dövrdən artıq onlar öz niyyətlərini reallaşdırıblar.

Hazırda bizim üzərimizə böyük iş düşür. Təbliğatı düzgün aparmalıyıq, ermənilərin mədəniyyətimizə, tariximizə qarşı həyata keçirdiyi bu çirkin siyasəti bütün dünyaya nümayiş etdirməliyik. Gənc nəsil milli ruhda yetişdirilməlidir, tariximizə sahib çıxmalıyıq. Keçmişdə başımıza gətirilən bəlaları gələcək nəsillərə danışmalıyıq ki, onlar bunu unutmasınlar və səhvlərə yol verməsinlər”.

Akqabay Mıradov


Bu xəbər Redaktor.az saytına məxsus deyil.
Xəbər mətninə görə ilk mənbə məsuliyyət daşıyır.
Xəbərin mənbəyi: https://publika.az/news/qarabag/347435.html