Gürcüstandakı hadisələri yaxından izləyirik - NATO

 15:10 23.02.2021     30

Gürcüstanın müxalifət partiyası liderinin həbs edilməsi narahatlıq doğurur.

Axar.az xəbər verir ki, bunu NATO Baş katibinin Mərkəzi Asiya və Qafqaz üzrə xüsusi nümayəndəsi Ceyms Appaturay Feysbuk hesabında qeyd edib.

“NATO yaxın tərəfdaşı olan Gürcüstandan demokratik standartları qoruyub saxlamasını gözləyir. Buraya siyasi fikir ayrılıqlarının dialoq yolu ilə və qütbləşdirici ritorikadan və əməllərdən çəkinərək həll edilməsi də daxildir”, - Appaturay bildirib.


Bu xəbər Redaktor.az saytına məxsus deyil.
Xəbər mətninə görə ilk mənbə məsuliyyət daşıyır.
Xəbərin mənbəyi: https://axar.az/news/planet/540240.html