27 yaşlı rəqqasə özünü asdı - Karantinlərə görə növbəti intihar - FOTO

 15:16 23.02.2021     42

Koronavirusa görə tətbiq olunan karantin rejimi intiharlara səbəb olmaqdadır.

Milli.Az xarici mətbuata istinadla bildirir ki, İngiltərədə artıq bu səbəbdən ikinci intihar hadisəsi baş verdiyi məlum olub. Belə ki, İngiltərədə yaşayan 27 yaşlı rəqqasə Jessica Leanne Norris özünü asaraq öldürüb.

İki dəfə "Miss Pole Dance UK" rəqs müsabiqəsinin qalibi olan Cessika özünü öldürməzdən əvvəl ailəsinə qeyd yazıb və intiharına görə ailə üzvlərinin onu bağışlamasını xahiş edib.

Anası ifadəsində bildirib ki, karantinlər başlayandan qızı ağır stress keçirib və evə qapanmaq ona mənfi təsir edib.

Qeyd edək ki, bir müddət əvvəl BBC-nin məşhur "Luther" serialının aktyoru Luke Westlake-in karantinə görə keçirdiyi stress səbəbindən intihar edib.

Emin
Milli.Az


Bu xəbər Redaktor.az saytına məxsus deyil.
Xəbər mətninə görə ilk mənbə məsuliyyət daşıyır.
Xəbərin mənbəyi: https://news.milli.az/world/925025.html