Ermənistanın “Boeing-737” təyyarəsi qaçırıldı - Tehranda...

 15:18 23.02.2021     46

Ermənistan Mülki Aviasiya Komitəsinin qeydiyyatında olan “Boeing-737” təyyarəsi qaçırılıb.

Publika.az xəbər verir ki, bunu Ermənistanın sabiq baş nazir müşaviri Hakob Çaqaryan öz feysbuk səhifəsində yazıb.

Onun sözlərinə görə, Ermənistan Mülki Aviasiya Komitəsinə Birləşmiş Ərəb Əmirlikləri aviasiya rəhbərliyindən “EK-FAA” quyruq nömrəsi ilə Ermənistanda qeydiyyata alınmış “Boeing-737” təyyarəsinin qaçırılması barədə 2 gün əvvəl mesaj daxil olub.

O, təyyarənin Tallindən havaya qalxdığını və uçuş planına görə İrəvana enməli olduğunu qeyd edib. Amma havada texniki problem yaranıb və bu səbəbdən təyyarənin BƏƏ-də yerə endirilməsinə qərar verilib. Amma bu da baş tutmayıb və nəticədə təyyarə Tehranda enib. Təyyarənin taleyi haqqında məlumat verilməyib.

Ermənistan Mülki Aviasiya Komitəsi iddianı təkzib edib.

Zümrüd


Bu xəbər Redaktor.az saytına məxsus deyil.
Xəbər mətninə görə ilk mənbə məsuliyyət daşıyır.
Xəbərin mənbəyi: https://publika.az/news/southcaucasus/347442.html