"Azad edilən ərazilərin turizm potensialı müzakirə olunur" - Aparat rəhbəri

 15:21 23.02.2021     34

İşğaldan azad edilən ərazilərin turizm potensialından istifadə üçün müzakirələr aparılır.

Milli.Az Trend-ə istinadən bildirir ki, bunu Dövlət Turizm Agentliyinin Aparat rəhbəri Kənan Qasımov bu gün keçirdiyi brifinqdə deyib.

Onun sözlərinə görə, bu ərazilərin potensialından istifadə üçün bir sıra məsələlər öz həllini tapmalıdır, infrastukturun yaradılması, təhlükəsizliyin təmini və s. məsələlər həll edilməlidir: "Bunlar strateji məsələlərdir. Yəqin ki, bununla bağlı qərar veriləcək".

DTA-nın mətbuat katibi Kənan Quluzadə bildirib ki, regionun turizm potensialının dəyərləndirilməsi üçün ilkin qiymətləndirmələr aparılır: "Məsələn, sağlamlıq turizmi üçün Kəlbəcərdə imkanlar var, amma harada nəyin olacağını konsepsiya hazır olduqdan sonra demək olar".

Milli.Az


Bu xəbər Redaktor.az saytına məxsus deyil.
Xəbər mətninə görə ilk mənbə məsuliyyət daşıyır.
Xəbərin mənbəyi: https://news.milli.az/society/925040.html