Bakıda villada 5 nəfərin öldüyü hadisə ilə bağlı ŞOK FAKTLAR - FOTOLAR

 15:24 23.02.2021     37

Bakı şəhər Səbail rayonu Badamdar qəsəbəsində villada meyitləri tapılan 5 nəfərin cəsədi morqa aparılıb.

Publika.az-ın hadisə yerində olan əməkdaşı xəbər verir ki, olay yerinə vəfat edənlərin çoxsaylı yaxınları gəlib. Meyitlər isə ekspertizadan keçirilməsi üçün morqa göndərilib.

Vəfat edənlərdən Lətif Əliyev Texniki Universitetin tələbəsi, onun kiçik qardaşı Atilla isə 11-ci sinif şagirdi imiş. Atilla Əliyev ABŞ universitetlərindən birinə hazırlaşırmış.

Hadisə zamanı ölən digər 2 şəxs isə onların dostu imiş və qonaq gəlibmişlər.

Ölən yaşlı kişi isə villada təmir işləri aparan ustadır. Hazırda təmir işləri getdiyindən uşaqların valideynləri Sulutəpədəki evdə qalırmış.

Nizam,

Foto: Pərviz Həşimi


Bu xəbər Redaktor.az saytına məxsus deyil.
Xəbər mətninə görə ilk mənbə məsuliyyət daşıyır.
Xəbərin mənbəyi: https://publika.az/news/hadise/347449.html