Rusiya: Erməni ordusunda islahat aparırıq

 15:32 23.02.2021     38

Ermənistan və Rusiyanın müdafiə nazirləri arasında fərqli istiqamətlərdə kontaktlar davam edir.

Axar.az xəbər verir ki, bunu Rusiyanın Ermənistandakı səfir Sergey Kopırkin deyib. Onun sözlərinə görə, Rusiya erməni tərəfdaşlarına ordudakı islahatlarla bağlı yardım edir.

O, Rusiyanın Ermənistan rəhbərliyi ilə intensiv və məhsuldar əlaqələrinin olduğunu bildirib.

Qeyd edək ki, ötən gün Ermənistanın müdafiə naziri orduda islahatın aparıldığını bildirmişdi.


Bu xəbər Redaktor.az saytına məxsus deyil.
Xəbər mətninə görə ilk mənbə məsuliyyət daşıyır.
Xəbərin mənbəyi: https://axar.az/news/planet/540249.html