Ermənilər etiraz edir: “Əbu-Dabidə biabır olduq”

 15:31 23.02.2021     36

Ermənistanın Əbu-Dabidə keçirilən İDEX-2021 Beynəlxalq Hərbi-Sənaye Sərgisində biabırçı pavilyonla təmsil olunması gülüş hədəfinə çevrilib. Artıq iki gündür erməni siyasətçilər və aktivistlər BƏƏ-dəki sərgidə boş qalan pavilyondan danışır, buna görə ölkə rəhbərliyini tənqid edirlər.

Milli.Az azvision.az-a istinadən bildirir ki, erməni fəallar Baş nazir Nikol Paşinyan və texnologiyalar sənayesi naziri Akop Arşakyana müraciət edərək, niyə Ermənistanın rəzil duruma düşməsinin səbəbinə aydınlıq gətirmələrini tələb edirlər.

Tanınmış ictimai fəal, QHT rəhbəri İrina Danielyan deyib ki, artıq Ermənistan iflas mərhələsindədir:

"Bəs birdən Azərbaycanın Ermənistana beynəlxalq sərgidəki pavilyonda sursat yerləşdirməsini qadağan etdiyi ortaya çıxsa, nə deyərdiniz? Başa düşmürsünüz ki, indi bir xalq olaraq Azərbaycana əsir düşmüşük. Koçaryan (Nikol Paşinyanın "Mənim addımım" fraksiyasından olan deputatı-red.) düşmənimizdən insanlara atəş açmaq əmri alsa belə, inanın ki, onlar bunu yerinə yetirərlər".

Erməni politoloq Qaqik Ambaryan isə Azərbaycanın sərgidəki pavilyonu ilə Ermənistanın boş qalmış pavilyonunun fotolarını müqayisəli şəkildə paylaşaraq deyib ki, bu utancverici mənzərədir:

"Vətənpərvər" Nikol və onun naziri Akob Ermənistanı bax belə biabır edirlər. Yeri gəlmişkən, bu boş pavilyona görə xain Nikol hökuməti Ermənistanı biabır etməklə 40 milyon dram ayırıb..."

Qeyd edək ki, İDEX-2021 Beynəlxalq Hərbi-Sənaye Sərgisinin açılışında Ermənistan məhsullarını təmsil edən pavilyon boş olub və nazir Akob Arşakyan yalnız bukletlər paylayıb. Nazir pavilyonda erməni şirkətlərinin hərbi eksponatlarının olmamasının səbəbini, guya nümunələrin Əbu-Dabiyə vaxtında gəlməməsi ilə izah edib.

Milli.Az


Bu xəbər Redaktor.az saytına məxsus deyil.
Xəbər mətninə görə ilk mənbə məsuliyyət daşıyır.
Xəbərin mənbəyi: https://news.milli.az/world/924945.html