Ermənistanda "Boeing 737" təyyarəsi qaçırılıb? - Araşdırma aparılır

Ermənistanın Mülki Aviasiya Komitəsi "Boeing 737" təyyarəsinin qaçırılması barədə məlumatları yoxlayır.
Milli.Az Trend-ə istinadən bildirir ki, bu barədə Komitənin mətbuat xidməti bildirib.
Qeyd edək ki, Ermənistan baş nazirinin sabiq müşaviri Akom Çaqaryan fevralın 21-də Birləşmiş Ərəb Əmirliklərinin Mülki Aviasiya Komitəsindən Ermənistan qeydiyyat nömrəli "Boeing"in qaçırılması barədə teleqram aldığını bildirib.
Teleqramda qeyd edilib ki, Estoniyadan Yerevana gəlməli olan təyyarənin istiqaməti BƏƏ-yə dəyişdirilib. Amma təyyarə BƏƏ-yə çatmadan Tehranda eniş edib.
Hazırda təyyarənin qaçırılması ehtimalı ilə bağlı araşdırma aparılır.
Milli.Az
Bu xəbər Redaktor.az saytına məxsus deyil.
Xəbər mətninə görə ilk mənbə məsuliyyət daşıyır.
Xəbərin mənbəyi: https://news.milli.az/world/925046.html