Tiflis VMH ilə dialoqdan rəsmən imtina etdi

 15:45 23.02.2021     36

Ölkədə növbədənkənar parlament seçkisinin keçirilməsi müxalifətlə müzakirələrin predmeti ola bilməz.

Axar.az xəbər verir ki, bunu Gürcüstan parlamentinin spikeri Arçil Talakvadze deyib. O, sağlam müxalifətə normal siyasi proseslərə qayıtmaq üçün çağırış etdiyini bildirib.

Talakvadze deeskalasiya üçün növbəti addımın parlamentin prosesində iştirak etmək olduğunu deyib.

Spiker hakimiyyətin Vahid Milli Hərəkatla yox, müxalifətlə danışıqlara hazır olduğunu bildirib.


Bu xəbər Redaktor.az saytına məxsus deyil.
Xəbər mətninə görə ilk mənbə məsuliyyət daşıyır.
Xəbərin mənbəyi: https://axar.az/news/planet/540255.html