"Həm sənətkarı, həm dostumu itirdim" - Gülyanaq Məmmədova

 15:53 23.02.2021     42

İncəsənətimizə ağır itkidir. Sənətkarımızı son mənzilə yola salırıq. Nəğmələri ilə qəlblərdə yaşayacaq. Onun səsinin sehri itməz. Onun ifaları ilə böyümüşük. Ən gözəli isə "Dədə Qorqud" filmindəki ifasıdır.

Bu sözləri axşam.az-a açıqlamsında Xalq artisti Gülyanaq Məmmədova deyib. Xalq artisti Yalçın Rzazadə ilə evində keçirilən vida mərasiminə qatılan müğənni onunla bağlı xatirələrini bölüşüb:

"Hamımız bir gün bu dünyadan gedəcəyik. Amma sənətkar ölmür, qəlbdə yaşayır. Hər zaman əlaqəmiz olub, o qədər səmimi, sadə insan idi ki... Müəllim kimi bir yerdə çalışırdıq. Biz onu efirdən görəndə həsəd aparırdıq. Yalçın Rzazadənin ifalarını unutmaq olmaz. Bu gün mənə əziz olan bir insanı - həm sənətkarı, həm dostumu itirdim.

Xəstə olanda halını soruşurdum, özünə demişdim ki, Türkiyədən gələndə özüm qarşılayacam. Amma utanırdı, demədi. Deyirdi, sağalım gələcəm sizi görməyə".

Qeyd edək ki, Yalçın Rzazadə ötən gün 74 yaşında vəfat edib.

Milli.Az


Bu xəbər Redaktor.az saytına məxsus deyil.
Xəbər mətninə görə ilk mənbə məsuliyyət daşıyır.
Xəbərin mənbəyi: https://news.milli.az/showbiz/924953.html