Ronaldodan möhtəşəm 21-ci əsr rekordu

 16:04 23.02.2021     41

"Yuventus"un və Portuqaliya millisinin hücumçusu Kriştianu Ronaldu unikal rekorda imza atıb.

Milli.Az qol.az-a istinadən xəbər verir ki, bu barədə Beynəlxalq Futbol Tarixi və Statistikası Federasiyasının hesabatında bildirilib. 36 yaşlı oyunçu 21-ci əsrdə 1000-dən çox oyun keçirən ilk futbolçu kimi tarixə düşüb.

O, 21-ci əsrdə çıxış etdiyi klublar və milli komandada indiyədək ümumilikdə 1047 matç keçirib.

Reytinqdə ikinci yeri 974 oyunla "Real" və İspaniya millisinin sabiq qapıçısı İker Kasilyas tutur. Amma Kasilyas 20-cü əsrdə də 74 matçda meydanda olub. Əgər bütün oyunları hesablasaq, Kasilyas Ronaldodan bir oyun artıq keçirib (1048).

Üçüncü yeri isə hazırda "San-Paulu"da oynayan Dani Alves tutur (21-ci əsrdə 969 oyun).

İlk onluqda sonrakı yerlər isə belədir:

4. Xavi (937 oyun 21-ci əsrdə + 80 oyun 20-ci əsrdə)
5. Yasuxito Endo (909 + 84)
6. Zlatan İbrahimoviç (907 + 9)
7. Rocerio Seno (904 + 310)
8. Lionel Messi (902)
9. Canluici Buffon (852 + 212)
10. Xavyer Zanetti (717 + 383).

Milli.Az

 
Bu xəbər Redaktor.az saytına məxsus deyil.
Xəbər mətninə görə ilk mənbə məsuliyyət daşıyır.
Xəbərin mənbəyi: https://news.milli.az/sport/924955.html