""Dostluq" yatağına dair Memorandum imzalanmasından sevinc duyuruq" - Çavuşoğlu

 16:14 23.02.2021     33

Türkiyə Türkmənistan neft və qazının bu ölkə vasitəsilə Avropaya nəqli üçün üzərinə düşən öhdəlikləri yerin yetirməyə hazırdır.

Milli.Az Trend-ə istinadən bildirir ki, bunu Türkiyənin Xarici işlər naziri Mövlud Çavuşoğlu Ankarada türkmənistanlı həmkarı Rəşid Meredovla mətbuat konfransı zamanı deyib.

O bildirib ki, Türkiyə Azərbaycanla Türkmənistan arasında "Dostluq" yatağının birgə işlənməsi barədə Anlaşma Memorandumunun imzalanmasından sevinc duyur:

"Biz türkmən nefti və qazının Türkiyəyə, oradan da Avropaya nəqlində maraqlıyıq və bununla bağlı öhdəmizə düşən vəzifələri icra etməyə hazırıq".

Milli.Az


Bu xəbər Redaktor.az saytına məxsus deyil.
Xəbər mətninə görə ilk mənbə məsuliyyət daşıyır.
Xəbərin mənbəyi: https://news.milli.az/politics/925065.html