Millət vəkili Aprel şəhidinin ailəsi ilə görüşdü - Foto

 16:19 23.02.2021     41

Milli Məclisin Mədəniyyət Komitəsinin sədri Qənirə Paşayeva Azərbaycan Silahlı Qüvvələrinin mayoru, 2016-cı ildə Aprel döyüşləri zamanı qəhrəmancasına şəhid olmuş, “Vətən uğrunda” medalı ilə təltif edilmiş Rasim Əbdül oğlu Məmmədovun (20.05.1977- 04.04.2016) ailə üzvlərini Milli Məclisdə qəbul edib.

Axar.az xəbər verir ki, R.Məmmədovun atasının 90-cı illərdə Vətən uğrunda döyüşlərdə fədakarlıqla iştirak etdiyi, ağır xəsarət aldığı və ömrünün sonunadək səhhətindəki problemlərdən əziyyət çəkdiyini vurğulayan Q.Paşayeva şəhid mayorun öz atasının döyüş və şücaət yolunu layiqincə davam etdirdiyini minnətdarlıqla vurğulayıb.

Millət vəkili şəhid ailəsinin qayğıları ilə maraqlanıb və hər zaman onların yanında olduğunu deyib.

Q.Paşayeva şəhidimizin övladlarına təhsillərində uğurlar diləyib və onlara xatirə hədiyyələri təqdim edib.


Bu xəbər Redaktor.az saytına məxsus deyil.
Xəbər mətninə görə ilk mənbə məsuliyyət daşıyır.
Xəbərin mənbəyi: https://axar.az/news/toplum/540268.html