Tiflis demokratiyadan geri addım atdı - ABŞ

 16:26 23.02.2021     29

ABŞ-ın Tiflisdəki səfirliyi Nika Meliyanın həbsi ilə bağlı bəyanat yayıb.

Axar.az xəbər verir ki, bəyanatda Meliyanın həbsindən dərin narahat olduqları bildirilib.

“Təəssüf edirik ki, ABŞ və digər beynəlxalq tərəfdaşların dialoqa çağırışlarına məhəl qoyulmadı. Biz Gürcüstan rəhbərliyinin qütbləşmə ilə bağlı ritorikasından narahatıq. Güc və aqressiya Gürcüstanda siyasi fikir ayrılıqlarının həlli deyil. Bu gün Gürcüstan avroatlantik millətlər ailəsində demokratiyanın güclənməsi yolundan geri addım atdı”, – deyə o bildirib.


Bu xəbər Redaktor.az saytına məxsus deyil.
Xəbər mətninə görə ilk mənbə məsuliyyət daşıyır.
Xəbərin mənbəyi: https://axar.az/news/planet/540269.html