Nikol nədən qorunur? Snayper və ordunun gəlişi...

 16:48 23.02.2021     42

Nikol Paşinyan hər addımbaşı biabırçı səhnələrlə üzləşməmək üçün hökumət binasını tərk etməməlidir. Bir neçə min polis, ordu dəstəsi, xüsusi təyinatlılar, yüzlərlə snayper kilometrlərlə yollarda və binaların damında Nikolu qorumaqdan ötrü xidmətə çəlb olunur.

Axar.az xəbər verir ki, bu fikirlərlə Ermənistanın “Hraparak” saytı çıxış edib.

Məqalədə bildirilib ki, Nikol Paşinyanın nədənsə dəhşətli qorxusu yaranıb.

“Öz təhlükəsizlik tədbirlərini gücləndirən Ermənistanın baş naziri hakimiyyəti saxlamaq üçün bu üsullara əl atmağa məcbur olub. Qeyd edək ki, bir müddət öncə Nikolun təhlükəsizliyini 20 nəfərdən ibarət qrup həyata keçirirdi. Hazırda isə Nikol hətta hökumət binasını 15 dəqiqəlik tərk etdikdə Daxili İşlər Nazirliyi, Müdafiə Nazirliyi və xüsusi təyinatlılar tam olaraq baş nazirin keşiyinə səfərbər olur”, - deyə erməni saytı qeyd edir.


Bu xəbər Redaktor.az saytına məxsus deyil.
Xəbər mətninə görə ilk mənbə məsuliyyət daşıyır.
Xəbərin mənbəyi: https://axar.az/news/planet/540273.html