Kvirikaşvili: Ya Meliya azad edilməlidir, ya da...

 16:59 23.02.2021     37

Hakimiyyət Nika Meliyanı azad etməlidir.

Axar.az xəbər verir ki, bunu Gürcüstanın keçmiş baş naziri Georgi Kvirikaşvili deyib. Onun sözlərinə görə, Meliya azadlığa buraxılmayacağı halda Gürcüstan Qərb istiqamətində hərəkətdən imtina etməli olacaq.

O, bu açıqlamasının Vahid Milli Hərəkat Partiyasının liderlərinə simpatiya duymaq anlamına gəlmədiyini bildirib.

Qeyd edək ki, Kvirikaşvili 2015-2018-ci illər arasında Gürcüstanın baş naziri olub.


Bu xəbər Redaktor.az saytına məxsus deyil.
Xəbər mətninə görə ilk mənbə məsuliyyət daşıyır.
Xəbərin mənbəyi: https://axar.az/news/planet/540272.html