Gürcüstan müxalifəti genişmiqyaslı etiraz aksiyası keçirir

 17:06 23.02.2021     39

Gürcüstan müxalifəti parlament binası qarşısında genişmiqyaslı etiraz aksiyası keçirir.

Milli.Az APA-ya istinadən bildirir ki, müxalif partiyaların çağırışı ilə parlament binası qarşısına toplaşan etirazçılar müxalif "Vahid Milli Hərəkat" partiyasının lideri Nika Melianın azadlığa buraxılmasını və ölkədə erkən parlament seçkilərinin keçirilməsini tələb edirlər.

Aksiya səbəbi ilə Şota Rustaveli prospektində avtomobillərin hərəkəti məhdudlaşdırılıb.

Əraziyə çox sayda hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb edilib.

Milli.Az


Bu xəbər Redaktor.az saytına məxsus deyil.
Xəbər mətninə görə ilk mənbə məsuliyyət daşıyır.
Xəbərin mənbəyi: https://news.milli.az/world/925092.html