Ermənilər Ərbildə mədəniyyət mərkəzi açdı

 22:43 24.02.2021     63

İraq Kürd Muxtariyyətinin Ərbil şəhərində erməni mədəniyyət mərkəzinin açılışı olub.

Axar.az xəbər verir ki, bu barədə Ermənistanın Ərbildəki konsulluğu məlumat yayıb.

Açılış mərasimində Ermənistan xarici işlər nazirinin müavini Artak Apitonyan, İraq Kürd Muxtariyyətinin mədəniyyət naziri Məhəmməd Səid Əli, Ermənistanın İraqdakı səfiri Qraçya Poladyan, Ermənistanın Ərbildəki konsulu Arşak Manulyan iştirak edib.


Bu xəbər Redaktor.az saytına məxsus deyil.
Xəbər mətninə görə ilk mənbə məsuliyyət daşıyır.
Xəbərin mənbəyi: https://axar.az/news/planet/540597.html