Gecə saatlarında Bakı qardan təmizlənir - FOTO

 23:00 24.02.2021     69

Bu gün axşam və gecə saatlarında Bakı Şəhər İcra Hakimiyyətinin kommunal strukturları və aidiyyəti qurumlar intensiv yağan qarın küçə, prospekt və piyada səkilərindən təmizlənməsi üçün xüsusi, gücləndirilmiş iş rejimində çalışırlar.

Bakı Şəhər İcra Hakimiyyətindən Publika.az-a erilən məlumata görə, şaxtalı hava şəraitində qarın təmizlənməsi və xüsusi təyinatlı texnika vasitəsi ilə yollara duz və kimyəvi maddələrin səpilməsi davam etdirilir.

Təmizləmə işləri mərkəzlə yanaşı Bakıətrafı qəsəbə və yaşayış massivlərində də aparılıb.

Yolların təmizlənməsi və duz səpilməsi işləri bütün gecə ərzində davam edəcək, səhər saatlarında isə daha geniş şəkildə həyata keçiriləcək.


Bu xəbər Redaktor.az saytına məxsus deyil.
Xəbər mətninə görə ilk mənbə məsuliyyət daşıyır.
Xəbərin mənbəyi: https://publika.az/news/sosial/347607.html