Sabah dərs olacaqmı? - Rəsmi açıqlama

 23:20 24.02.2021     75

Havanın qarlı və küləkli olması bu gün məktəblərdə dərsə davamiyyətin aşağı olmasına səbəb olub. Davamiyyətin aşağı olması, eyni zamanda şaxtalı hava şəraitinin davam edəcəyi barədə xəbərdarlıq sabah məktəblərdə əyani formada dərslərin keçirilib-keçirilməyəcəyi ilə bağlı da suallar yaradıb.

Axar.az xəbər verir ki, bu barədə Təhsil Nazirliyindən məlumat verilib.

Məktəblərdə fevralın 25-də tədrisin dayandırılması ilə bağlı qərar verilməyib:

"Nazirlikdə bu barədə məlumat yoxdur. Belə məlumatlar olduğu zaman onlar rəsmi şəkildə ictimaiyyətə açıqlanır".


Bu xəbər Redaktor.az saytına məxsus deyil.
Xəbər mətninə görə ilk mənbə məsuliyyət daşıyır.
Xəbərin mənbəyi: https://axar.az/news/toplum/540602.html