ABŞ kəşfiyyatı Qaşıqçının ölümü ilə bağlı hesabat yayacaq

 23:29 24.02.2021     77

ABŞ Milli Kəşfiyyatı səudiyyəli jurnalist Camal Qaşıqçının ölümü ilə bağlı yaxın günlərdə hesabat açıqlayacaq.

Axar.az xəbər verir ki, bunu Ağ Evin mətbuat katibi Cen Psaki deyib.

“Hesabat hazırlanır və tezliklə yayımlanacaq”, - Psaki bildirib.

Qeyd edək ki, səudiyyəli jurnalist Camal Qaşıqçı 2018-ci ilin oktyabrında İstanbulda müəmmalı şəkildə qətlə yetirilib.


Bu xəbər Redaktor.az saytına məxsus deyil.
Xəbər mətninə görə ilk mənbə məsuliyyət daşıyır.
Xəbərin mənbəyi: https://axar.az/news/planet/540603.html