Boks üzrə Avropa Olimpiya Təsnifat Turnirinin tarixi bilindi

 23:31 24.02.2021     74

Boks üzrə kişilər arasında keçiriləcək Avropa Olimpiya Təsnifat Turnirinin tarixi dəqiqləşib.

Publika.az xəbər verir ki, yarış iyunun 4-18-də keçiriləcək. Turnirin keçiriləcəyi yer hələ müəyyənləşməyib. Bununla bağlı martın 1-dək məlumat veriləcək. Yarışın Skandinaviya və ya Baltikyanı ölkələrdən birində təşkil olunacağı gözlənilir.

Qeyd edək ki, ötən ilin martın 14-də Böyük Britaniyanın paytaxtında başlayan Avropa Olimpiya Təsnifat Turniri üç gündən sonra koronavirus infeksiyası səbəbindən yarımçıq dayandırılıb.

Xatırladaq ki, boksçumuz Tayfur Əliyev Avropa Olimpiya Təsnifat Turnirində dörddəbir finala yüksəlməklə Tokio Olimpiadasına lisenziya əldə edib.


Bu xəbər Redaktor.az saytına məxsus deyil.
Xəbər mətninə görə ilk mənbə məsuliyyət daşıyır.
Xəbərin mənbəyi: https://publika.az/news/idman/347609.html