Türk şirkəti Rusiyanın ən bahalıları sırasında...

 23:47 24.02.2021     68

Türk iş adamının rəhbərlik etdiyi şirkət Rusiyanın ən bahalı şirkətləri siyahısına daxil edilib.

Axar.az Virtualaz.org-a istinadən bildirir ki, türk iş adamı Güvenc Dönmezin rəhbərlik etdiyi “Delivery club” şirkəti “Forbes-Rusiya” jurnalının tərtib etdiyi “Runetin 30 ən bahalı şirkəti” siyahısında 9-cu sırada yer alıb. Siyahıda ilk yeri “Yandeks”, ikinci və üçüncü yerləri müvafiq olaraq “Wildberries” və “Ozon” şirkətləri tutublar.

“Delivery club” 2009-cu ildə yaradılıb və Rusiyanın hazır yemək çatdırılması üzrə ən iri şirkətidir. 2019-cu ildən şirkətə türk iş adamı Güvenc Dönmez rəhbərlik edir. “Delivery club” Rusiyanın 265 şəhərində 40 mindən artıq iaşə müəssisəsindən ayda 5 milyondan çox sifarişi ünvanına çatdırır. Pandemiya dövründə şirkət ünvanlara ərzaq çatdırılması ilə məşğul olmağa başlayıb.


Bu xəbər Redaktor.az saytına məxsus deyil.
Xəbər mətninə görə ilk mənbə məsuliyyət daşıyır.
Xəbərin mənbəyi: https://axar.az/news/planet/540604.html