Paşinyan “İsgəndər”ə görə generalı vəzifədən qovdu

 23:54 24.02.2021     74

Ermənistan Baş Qərargah rəisinin müavini general-leytenant Tiqran Xaçatryan vəzifəsindən azad olunub.

Axar.az xəbər verir ki, bununla bağlı Ermənistan Prezidenti Armen Sərkisyan sərəncam imzalayıb.

Ermənistan prezidentinin rəsmi saytında dərc olunan fərmana əsasən, qərar Baş nazir Nikol Paşinyanın təklifi ilə qəbul olunub.

Qeyd edilir ki, Paşinyanın bu təqdimatının səbəbi Xaçatryanın “İsgəndər” raketi ilə bağlı açıqlaması olub. Belə ki, media Paşinyanın müharibə vaxtı “İsgəndər” sistemindən atılan raketlərin 90 faizinin partlamadığı haqda açıqlamasını Xaçatryandan şərh etməsini istəyib. Xaçatryan isə Paşinyanın sözlərini qeyri-ciddi adlandırmışdı.

Onun bu açıqlaması Nikol Paşinyanın qəzəbinə səbəb olub.


Bu xəbər Redaktor.az saytına məxsus deyil.
Xəbər mətninə görə ilk mənbə məsuliyyət daşıyır.
Xəbərin mənbəyi: https://axar.az/news/planet/540611.html