Türklər günlük normadan 3 dəfə çox duz yeyir - ARAŞDIRMA

 23:59 24.02.2021     68

Türkiyəli mütəxəssis həkim Sedat Üstündağ ölkədə gündəlik duz istifadəsinin normadan çox olduğunu bildirib.

Milli.Az xəbər verir ki, onun sözlərinə görə, çox duz istifadəsindən yaranan yüksək təzyiq xəstəliyi həm Türkiyədə, həm də bütün dünyada böyük bir problemdir:

"Yüksək təzyiq dünyada bir ildə 10 milyona qədər insanı öldürür. Türkiyədə də ölümlərin 25 faizi hipertoniya və ona bağlı xəstəliklərdən qaynaqlanır. Bu böyrək daşı, sümük xəstəlikləri, mədə rahatsızlıqları və astma kimi bir çox problemlərə yol açır. Aparılan araşdırmalara görə, gündə ən çox 1.5 qram duz istifadə edilməlidir. ÜST-ün statistikasına görə, sağlam bir böyrək gün ərzində 5 qram duzu bədəndən xaric edə bilir. Türkiyədə 2003-cü ildə aparılan bir araşdırmaya görə isə, ortalama gündəlik duz istifadəsi 18 qrama qədər yüksəlib. Son illərdə aparılan maarifləndirmə tədbirləri nəticəsində bu say 18-dən 15 qrama düşüb". /medicina.az

Milli.Az


Bu xəbər Redaktor.az saytına məxsus deyil.
Xəbər mətninə görə ilk mənbə məsuliyyət daşıyır.
Xəbərin mənbəyi: https://news.milli.az/interest/925146.html