MAR ordusu bu şəhəri azad etdi

 00:03 25.02.2021     81

Mərkəzi Afrika Respublikasının (MAR) ordu qüvvələri Bosanqoa şəhərini üsyançılardan azad edib.

Axar.az xəbər verir ki, bu barədə ölkənin baş naziri Firmen Nqrebada məlumat verib.

“Quldurlar bir daha milli ərazimizin bu hissəsinin dincliyini poza bilməyəcək”, - deyə ölkə rəsmisi bildirib.

Qeyd edək ki, ötən il keçirilən prezident seçkilərinin nəticələri ilə razılaşmayan müxalif qüvvələr MAR-da bir sıra yaşayış məntəqələrini ələ keçirərək mərkəzi hakimiyyətə tabe olmaqdan imtina etmişdi.


Bu xəbər Redaktor.az saytına məxsus deyil.
Xəbər mətninə görə ilk mənbə məsuliyyət daşıyır.
Xəbərin mənbəyi: https://axar.az/news/planet/540607.html