Rusiya açıqladı: Terrorçular yoxlanış məntəqəsinə hücum etdi

Nüsrə Cəbhəsinin silahlıları İdlibdə nəzarət-yoxlanış məntəqəsinə hücum edib.
Axar.az xəbər verir ki, bu barədə Rusiyanın Suriyadakı Tərəfləri Barışdırma Mərkəzi məlumat yayıb.
Məntəqədə xidməti vəzifəsini yerinə yetirənlər təxliyə edilib:
“Nüsrə Cəbhəsi terror qruplaşmasının üzvləri Serakib keçid məntəqəsini minaatanlardan atəşə tutub. Bundan əlavə, kustar üsulla hazırlanmış pilotsuz uçuş aparatı ilə də hücum edilib”.
İnsident nəticəsində ölən, yaxud yaralananların olub-olmaması bəlli deyil.
Bu xəbər Redaktor.az saytına məxsus deyil.
Xəbər mətninə görə ilk mənbə məsuliyyət daşıyır.
Xəbərin mənbəyi: https://axar.az/news/planet/540617.html