Britaniyalı general Qərbin Türkiyə ilə bağlı planını ifşa etdi

 00:40 25.02.2021     73

Böyük Britaniya ordusunda xidmət edən general Aleks Makintoş Qərbin Liviya ilə bağlı planını ifşa etdiyinə görə ölkədən qovulub.

Axar.az Metbuat.az-a istinadla xəbər verir ki, o, Xəlifə Haftara dəstək vermək üçün hazırlanan planı üzə çıxarıb. Plan Haftara silah satışından, Haftara qarşı olan liderlərin girov götürülməsindən və Liviya hökumətini devirməkdən ibarət olub. Britaniyalı general İordaniyada xidmət edərkən, məşhur iş adamlarından birinin vasitəsilə plandan xəbər tutaraq ifşa edib. Dolayısı ilə britaniyalı general Türkiyəyə yardım edib. Çünki Haftarla mübarizədə ağır məğlubiyyətlər alan hökumət qüvvələri Türkiyənin fəal hərbi dəstəyi nəticəsində xilas olub.

Komandanlıq məsələdən xəbər tutandan sonra Aleks İordaniyadan qovulub.

Qeyd edək ki, hadisə bir müddət əvvəl baş versə də, indi mətbuata sızıb.


Bu xəbər Redaktor.az saytına məxsus deyil.
Xəbər mətninə görə ilk mənbə məsuliyyət daşıyır.
Xəbərin mənbəyi: https://axar.az/news/planet/540618.html