Quterreş qlobal istiləşmə ilə bağlı XƏBƏRDARLIQ ETDİ

 00:49 25.02.2021     68

BMT-nin Baş katibi Antonio Quterreş təşkilatın Təhlükəsizlik Şurasının müddətli prezidenti Böyük Britaniya Baş nazirinin rəhbərliyi altında təşkil edilən yüksək səviyyəli iclasa çıxış edib.

Publika.az xəbər verir ki, o, çıxışında son 10 ilin bəşər tarixində ən isti illər olduğuna, qlobal istiləşmənin böhranı artıracağına diqqət çəkib.

İqlim dəyişikliyinin çayları qurutduğunu, məhsulu azaltdığını, kritik infrastrukturu məhv etdiyini və insanların məcburiyyətdən köçdükləri yerlərdə qeyri-sabitlik və qarşıdurma risklərini artırdığını vurğulayıb.

Müharibələr və qarşıdurmalara səhnə olan 10 ölkədən 8-nin iqlim dəyişikliyinə ən çox məruz qalan ölkələr olduğunu deyən Quterreş otlaq sahələrindəki dəyişikliklər xüsusi ilə 50 milyondan çox insanın heyvandarlıq ilə məşqul olduğu Qərbi Afrika və Sahel bölgəsində çobanlar və əkinçilər arasında qarşıdurmaların artmasına səbəb olduğunu qeyd edib.

Dünyada İqlim dəyişikliyinin səbəb olduğu yerdəyişmənin başladığını xatırladan Quterres lazımlı tədbirlərə və 2050-ci ilə qədər sıfır karbon emissiyası hədəfinə çatmaq üçün həqiqi bir qlobal koalisiyaya zərurət olduğunu vurğulayıb. İnkişaf etmiş ölkələri iqlim dəyişikliyi ilə mübarizə və karbon emissiyalarının azaldılması üçün az gəlirli ölkələrə ildə 100 milyard dollar vəsait ayırma öhdəliklərini yerinə yetirməyə çağırıb.


Bu xəbər Redaktor.az saytına məxsus deyil.
Xəbər mətninə görə ilk mənbə məsuliyyət daşıyır.
Xəbərin mənbəyi: https://publika.az/news/ekologiya2/347615.html