Türkiyə və Yunanıstan gəmiləri yan-yana - Foto

 01:31 25.02.2021     72

Egey dənizi və Şərqi Aralıq dənizində gərginlik yaşayan Türkiyə və Yunanıstan gəmiləri növbəti dəfə üz-üzə gəlib.

Axar.az xəbər verir ki, iki ölkənin gəmiləri bu dəfə Aralıq dənizinin mərkəzində birgə hərbi təlim keçib. Belə ki, təlim "Dinamik Manta 2021" adlı altında keçirilib. Təlim İtaliyanın Siciliya sahillərindən başlayıb.

Hərbi təlimdə Türkiyənin "Kamal Rəis" və "Çanaqqala" freqatları səhnə alıb.

Qeyd edək ki, hərbi təlimdə Türkiyə və Yunanıstanla yanaşı, ABŞ, Belçika, Fransa, Almaniya, İtaliya və İspaniya donanması da iştirak edir.


Bu xəbər Redaktor.az saytına məxsus deyil.
Xəbər mətninə görə ilk mənbə məsuliyyət daşıyır.
Xəbərin mənbəyi: https://axar.az/news/planet/540622.html