Gürcüstanda dövlət bayraqları endirildi

 03:43 25.02.2021     60

Bu gün Gürcüstanda sovet işğalının 100-cü ildönümü tamam olur.

Publika.az xəbər verir ki, bununla bağlı hökumət administrasiyası, parlament və ölkə üzrə bütün dövlət qurumlarının binalarında bayraqlar endirilib.

Qeyd edək ki, 1921-ci il fevralın 25-də Qırmızı ordu Tiflisə daxil olub və Gürcüstan Demokratik Respublikasını devirib.

Gürcüstan parlamentinin 21 iyul 2010-cu il tarixli qərarı ilə fevralın 25-i ölkədə Sovet işğalı günü elan olunub.


Bu xəbər Redaktor.az saytına məxsus deyil.
Xəbər mətninə görə ilk mənbə məsuliyyət daşıyır.
Xəbərin mənbəyi: https://publika.az/news/southcaucasus/347622.html