Pakistanla Azərbaycan arasında yeni aviareys açılır

 10:42 25.02.2021     51

"Pakistan Beynəlxalq Hava Yolları" (PIA) şirkəti Azərbaycana yeni reyslərin açılacağını elan edib.

Milli.Az Trend-ə istinadən bildirir ki, martın 14-dən etibarən Lahor-Bakı marşrutu ilə həftədə iki dəfə reyslər keçiriləcək.

Bundan başqa, Pakistan aviaşirkəti Əfqanıstan və Özbəkistana olan reyslərin sayını artırmağı planlaşdırır.

Milli.Az


Bu xəbər Redaktor.az saytına məxsus deyil.
Xəbər mətninə görə ilk mənbə məsuliyyət daşıyır.
Xəbərin mənbəyi: https://news.milli.az/society/925578.html